...

Bu ilin I yarısında İranda yanacaq qaçaqmalçılığı ilə məşğul olan 52 əcnəbi həlak olub

Dünya xəbərləri Materials 28 İyul 2011 12:00 (UTC +04:00)
Cari ilin ilk altı ayında Sistan və Bəluçistan əyalətinin magistral yollarında yanacaq qaçaqmalçılığı ilə məşğul olan 52 əcnəbi vətəndaş yol qəzalarında həlak olub, 136 nəfər isə yaralanıb.
Bu ilin I yarısında İranda yanacaq qaçaqmalçılığı ilə məşğul olan 52 əcnəbi həlak olub

Azərbaycan, Bakı, 28 iyul /Trend/

Cari ilin ilk altı ayında Sistan və Bəluçistan əyalətinin magistral yollarında yanacaq qaçaqmalçılığı ilə məşğul olan 52 əcnəbi vətəndaş yol qəzalarında həlak olub, 136 nəfər isə yaralanıb. Bunu İranın Zahidan əyalətinin yerli səhiyyə rəsmilərindən adı açıqlanmayan şəxs deyib. Bu barədə Trend İranın İRNA dövlət xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, həlak olan və yaralanan əcnəbilərin əksəriyyəti Əfqanıstan vətəndaşlarıdır.

İranda enerjidaşıyıcıların, əsasən də benzin və ağ neftin qiyməti qonşu ölkələrlə müqayisədə ucuz olduğundan, bu məhsullar qaçaq yollarla digər ölkələrə daşınır.

Xəbər lenti

Xəbər lenti