...

Estoniya Müdafiə Nazirliyinin binasında atəş açan şəxs öldürülüb, girovlar azad ediliblər (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 11 Avqust 2011 20:44 (UTC +04:00)
Estoniya xüsusi təyinatlıları cümə axşamı Tallində Müdafiə Nazirliyinin binasına girərək bir neçə dəfə atəş açmış və iki nəfəri girov götürmüş şəxsi öldürüb. Trend-in məlumatına görə, RİA Novosti xəbər verir ki, bu barədə polisin nümayəndəsi bildirib
Estoniya Müdafiə Nazirliyinin binasında atəş açan şəxs öldürülüb, girovlar azad ediliblər (ƏLAVƏ OLUNUB)

Silahlı şəxsin öldürülməsi barədə məlumat əlavə olunub (ilk xəbər saat 20:15-də yayılıb)

Azərbaycan, Bakı, 11 avqust /Trend/

Estoniya xüsusi təyinatlıları cümə axşamı Tallində Müdafiə Nazirliyinin binasına girərək bir neçə dəfə atəş açmış və iki nəfəri girov götürmüş şəxsi öldürüb. Trend-in məlumatına görə, RİA Novosti xəbər verir ki, bu barədə polisin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, girovlar azad olunublar, ilkin məlumata görə, xəsarət alan yoxdur.

Müdafiə Nazirliyində ilk atışma cümə axşamı günün ikinci yarısında baş verib. Şahidlərin sözlərinə görə, üç güclü atəş səsi eşidilib. Polislər binanı mühasirəyə alıblar.

Yerli vaxtla saat 16:40 radələrində hadisə yerinə gələn xüsus təyinatlılar binanı nəzarətə götürüblər. 17:20-də əməliyyat uğurla tamamlanıb. Atəş açan şəxsin kimliyi və bu hərəkətinin səbəbləri müəyyənləşdirilir.

Bir qədər əvvəl yerli KİV Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat verib ki, atəş açan keçmiş hərbi qulluqçu olub.

Xəbər lenti

Xəbər lenti