...

İranın eks-prezidenti Rəfsəncaninin qızının məhkəməsi keçiriləcək

Dünya xəbərləri Materials 13 Avqust 2011 13:36 (UTC +04:00)
İranın eks-prezidenti Haşimi Rəfsəncaninin qızı Faizə Haşiminin məhkəməsi sabah Tehran 15 saylı İnqilab Məhkəməsində keçiriləcək. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.
İranın eks-prezidenti Rəfsəncaninin qızının məhkəməsi keçiriləcək

Azərbaycan, Bakı, 13 avqust /Trend/

İranın eks-prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin qızı Faizə Haşiminin məhkəməsi sabah Tehran 15 saylı İnqilab Məhkəməsində keçiriləcək. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.

Cari ilin aprel ayında İranın baş prokuroru və ölkənin Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn Möhsüni Əjeyi Tehran prokurorluğu tərəfindən Faizə Haşimi barəsində yeni cinayət işinin başlanıldığını məlumat vermişdi.

Əjeyi bildirmişdi ki, Faizə Haşimi əcnəbi saytlardan birinə müsahibə verərkən elə ifadələr işlədib ki, onun məhkəmə qarşısında cavab verməsi lazımdır. "Mən özüm onun müsahibəsini oxumuşam və Tehran prokurorundan bu məsələ ilə bağlı hansı addım atıldığını soruşanda, o dedi ki, bununla bağlı iş açılıb və məsələyə baxılır", - o əlavə edib.

Faizə Haşimi İranın Məsləhət Şurasının sədri və ölkənin sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin qızıdır. Aprel ayında xarici saytlardan biri onun adından müsahibə dərc edib ki, həmin müsahibədə Faizə Haşmi İranın hazırkı dövlət rəsmilərinə qarşı təhqiramiz ifadələr işlədib.

İranın Məsləhət Şurasının sədri və ölkənin eks prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin uşaqları Mehdi Haşimi və Faizə Haşimi ölkədə qarışıqlıq yaratmaqda, həmçinin 2009-cu ilin iyununda prezident seçkilərinin nəticələrinə qarşı irimiqyaslı aksiyalar təşkil etməkdə dəfələrlə ittiham ediliblər. Aksiyalar zamanı Haşimi Rəfsəncaninin qızı Faizə iki dəfə həbs olunub. Mehdi Haşimi isə hazırda Britaniyadadır. Ötən il Tehran prokurorluğu tərəfindən Mehdi Haşimi bərasində həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti