...

İraq Türkiyəyə etiraz notası göndərib

Dünya xəbərləri Materials 25 Avqust 2011 13:58 (UTC +04:00)
Bağdad Ankaraya Türkiyə Hərbi Hava Qüvvələrinin Şimali İraqda apardığı əməliyyatla bağlı etiraz notası göndərib. Trend-in məlumatına görə, bu barədə "Hürriyət" qəzeti yazır.
İraq Türkiyəyə etiraz notası göndərib

Azərbaycan, Bakı, 25 avqust /Trend/

Bağdad Ankaraya Türkiyə Hərbi Hava Qüvvələrinin Şimali İraqda apardığı əməliyyatla bağlı etiraz notası göndərib. Trend-in məlumatına görə, bu barədə "Hürriyət" qəzeti yazır.

Nota Xarici İşlər Nazirliyinə çağırılan Türkiyənin İraqdakı səfiri Murad Özçelikə təqdim olunub.

Notada qeyd edilir ki, İraq hökuməti Türkiyə HHQ-nin ölkə ərazisinə endirdiyi hava zərbələrini pisləyir və öz ərazisinə uçuşların təcili dayandırılmasını tələb edir.

Aviazərbələr avqustun 17-si axşam yaraqlıların Türkiyənin şimal-şərqində törətdikləri hücumdan sonra endirilib. Həmin hücum nəticəsində 9 türk hərbiçisi öldürülmüşdü. Bu, Türkiyənin bir ildən artıq müddət ərzində İraqın şimalına endirdiyi ilk zərbələrdir.

Türkiyə iə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.

Bundan əvvəl PKK yaraqlıları Türkiyə hakimiyyətini çoxillik kürd probleminin həlli ilə bağlı konkret addımlar atılmayacağı təqdirdə silahlı qarşıdurmaların fəallaşacağı ilə hədələyib.

Xəbər lenti

Xəbər lenti