Yeni məlumatlar əlavə olunub (ilk xəbər 13:38-də yayılıb)
Azərbaycan, Bakı, 5 sentyabr /Trend/
Qətər Əmiri Həməd bin Xəlifə Al Taninin ailəsi ərəb KİV-lərinin Əmirə sui-qəsd olunması, nəticədə onun yaralanması və 8 mühafizəçinin öldürülməsi barədə yaydığı məlumatı təkzib edib.
"Bu şayiələr həqiqətəuyğun deyil, özündə heç bir reallığı əks etdirmir", - Trend-in məlumatına görə, bu barədə Əmirin ailəsinə yaxın olan mənbə bildirib, məlumatı İTAR-TASS yayıb.
Misirin "əl-Fəcr" qəzetinin məlumatına görə, Al Tani Rusiya səfiri ilə görüşdən sonra öz iqamətgahına gedən zaman onun mühafizə dəstəsi hücuma məruz qalıb. Qəzet bildirir ki, hücum nəticəsində 8 mühafizəçi həlak olub, Əmir isə yaralanıb.
Rusiyanın Dohadakı səfirliyi də məlumatı təkzib edib.