...

Daşkənddə Azərbaycan Günləri keçiriləcək

Dünya xəbərləri Materials 8 Sentyabr 2011 14:05 (UTC +04:00)
Azərbaycanın müstəqilliyinin 20 illiyinin qeyd olunması ərəfəsində Daşkənddə bu əlamətdar tarixə həsr olunmuş və "Azərbaycan Günü" adı altında birləşdirilmiş tədbirlər keçiriləcək.
Daşkənddə Azərbaycan Günləri keçiriləcək

Özbəkistan, Daşkənd, 8 sentyabr /Trend, müxbir D.Əzizov/

Azərbaycanın müstəqilliyinin 20 illiyinin qeyd olunması ərəfəsində Daşkənddə bu əlamətdar tarixə həsr olunmuş və "Azərbaycan Günü" adı altında birləşdirilmiş tədbirlər keçiriləcək. Bu barədə Trend-ə cümə axşamı Azərbaycanın Özbəkistandakı səfirliyindən bildirilib.

16 sentyabrda Milli İncəsətən Mərkəzində yubileyə həsr olunmuş bədii və tematik sərgilər açılacaq. Sərgilərdə Azərbaycanın inkişafını əks etdirən fotomateriallar, mətbu məhsullar və eksponatlar nümayiş etdiriləcək.

Bundan əlavə, Azərbaycanın məşhur rəssamı Səttar Bəhlulzadənin əsərlərinin sərgisi olacaq.

Tədbiri Azərbaycanın Özbəkistandakı səfirliyi və "Özbəkistanın Mədəniyyət və İncəsənət Forumu" Fondu təşkil edir.

Xəbər lenti

Xəbər lenti