...

Gürcüstanda yol qəzası nəticəsində 7 nəfər ölüb, 20 nəfər yaralanıb

Dünya xəbərləri Materials 11 Sentyabr 2011 12:08 (UTC +04:00)
Şənbə günü Gürcüstanın qərbində baş vermiş ağır yol qəzası nəticəsində 7 nəfər həlak olub. Bu barədə Trend-ə Lançxuti rayonunun icra hakimiyyətində məlumat veriblər.
Gürcüstanda yol qəzası nəticəsində 7 nəfər ölüb, 20 nəfər yaralanıb

Gürcüstan, Tbilisi, 11 sentyabr /Trend, müxbir N. Kirtsxalia/

Şənbə günü Gürcüstanın qərbində baş vermiş ağır yol qəzası nəticəsində 7 nəfər həlak olub. Bu barədə Trend-ə Lançxuti rayonunun icra hakimiyyətində məlumat veriblər.

Məlumata əsasən, 20 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Zərər çəkənlərin arasında Gürcüstan və Türkiyə vətəndaşlarının olduğu bildirilir. Ölənlərin vətəndaşlığı barədə məlumat yoxdur.

Poti şəhər xəstəxanasından verilən məlumata görə, oraya qəzada yaralanan 4 Türkiyə vətəndaşı - iki yaşlı, iki uşaq çatdırılıb. Onlar bir ailənin üzvləridir. Həkimlərin sözlərinə görə, onlardan birinin, 14 yaşlı qızın, vəziyyəti ağırdır, və o Tbilisi xəstəxanasına aparılacaq.

İlkin məlumata əsasən, hadisədə üçüncü avtomobil də iştirak edirdi.

Ölən və yaralananların arasında azərbaycanlıların olub-olmaması barədə hələ də məlumat yoxdur.

Lançxuti rayonunun icra hakimiyyətinin srəhbəri Qiya Qoquadze bildirdi ki, Quriya regionunda Lesa kəndi yaxınlığında Batumiyə gedən türk sərnişin avtobusu mikroavtobusla toqquşub.

Xəbər lenti

Xəbər lenti