...

"Həmas" Gilad Şaliti İsrailə qaytarmaq üçün Misirə verib - TV (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 18 Oktyabr 2011 11:27 (UTC +04:00)
Çərşənbə axşamı Fələstinin "Həmas" islamçı hərəkatı 2006-cı ildən əsirlikdə olan israilli kapral Gilad Şaliti sonradan İsrailə vermək üçün Misirə təhvil verib. Trend-in məlumatına görə, bu barədə "Əl-Cəzirə" telekanalı Misirdəki mənbəyə istinadən xəbər verib.
"Həmas" Gilad Şaliti İsrailə qaytarmaq üçün Misirə verib - TV (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (birinci xəbər saat 10:59-da yayılıb)

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Çərşənbə axşamı Fələstinin "Həmas" islamçı hərəkatı 2006-cı ildən əsirlikdə olan israilli kapral Gilad Şaliti sonradan İsrailə vermək üçün Misirə təhvil verib. Trend-in məlumatına görə, bu barədə "Əl-Cəzirə" telekanalı Misirdəki mənbəyə istinadən xəbər verib.

Bəzi KİV-in məlumatına görə, Şalit Misirdə İsrailin səhiyyə işçilərinə təhvil verilib.

İsrail ordusunun kapralı Gilad Şalit 2006-cı il iyunun 25-də "Həmas" hərəkatına əsir düşüb. Onun azad edilməsi üçün hərəkatın üzvləri mindən artıq fələstinli məhbusun, eləcə də uzun müddətə həbsə məhkum edilmiş liderlərinin İsrail həbsxanalarından buraxılmasını tələb ediblər. "Həmas", habelə İsrail həbsxanalarından bütün fələstinli qadın və uşaqların buraxılmasını da tələb edib.

2006-cı ilin iyunundan "Həmas" hərəkatının əsirliyində olan israilli kapral Gilad Şalit Rafah sərhəd keçid məntəqəsi vasitəsilə Qahirəyə gətirildiyi barədə material dərc olunub.

Oktyabrın 11-də "Həmas"la İsrail arasında əsirlərin dəyişdirilməsi barədə əldə olunan sazişə görəŞalitin müqabilində 1027 fələstinli azad olunacaq. Onların arasında 27 qadın var. Dustaqlar iki mərhələdə azadlığa buraxılacaqlar. Tərkibində 450 məhbuusn olduğu (onlardan 315 nəfəri ömürlük cəzaya məhkum olunub) birinci qrup Şalitin israillilərə təhvil verilməsindən sonra, digərləri isə iki aydan sonra azad olunacaqlar. Bununla yanaşı İsrail azad edilmiş 40 fələstinlini İordan çayının Qərb sahilinin və Qəzza sektorunun hüdudlarından kənara, Qərb sahilindən olan 163 nəfəri isə Qəzzaya deportasiya edir.

Xəbər lenti

Xəbər lenti