...

Suriyadakı qarşıdurmalarda 22 nəfər həlak olub

Dünya xəbərləri Materials 20 Oktyabr 2011 12:00 (UTC +04:00)
Oktyabrın 19-da Suriyanın müxtəlif şəhərlərində keçirilən kütləvi nümayişlər zamanı etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalarda 22 nəfər həlak olub.
Suriyadakı qarşıdurmalarda 22 nəfər həlak olub

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Oktyabrın 19-da Suriyanın müxtəlif şəhərlərində keçirilən kütləvi nümayişlər zamanı etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalarda 22 nəfər həlak olub. Trend-in məlumatına görə, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat verib.

Suriyada hökumət əleyhinə etiraz aksiyaları təqribən yeddi aydır ki, davam edir. Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına əsasən, indiyə qədər toqquşmalar nəticəsində ölənlərən sayı 3 min nəfəri keçib. Suriya hökuməti isə hər iki tərəfdən 1,5 min nəfərdən çox insanın öldüyünü bildirir. Ölkə müxalifəti Prezident Bəşşar əl-Əsədin istefasını və siyasi islahatların keçirilməsini tələb edir. ABŞ və Avropa İttifaqı əl-Əsədi istefaya getməyə çağırıb və Suriyaya qarşı sanksiyaların tətbiq edilməsində təkid edirlər.

Oktyabrın 4-də Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək Suriyaya qarşı sanksiyaları nəzərdə tutan qətnaməni bloklayıblar. Sənəd, Suriya hakimiyyəti tərəfindən ölkədə müxalifətə təziyiqin davam etdiriləcəyi halda, sanksiyaları nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti