...

İranın ali lideri əfv fərmanı imzalayıb

Dünya xəbərləri Materials 15 Noyabr 2011 09:23 (UTC +04:00)
İranın ali lideri ayətullah Əli Xamneyi Qədir-Xum bayramı münasibətilə həbsdə olan 912 nəfər siyasi, hərbi və mülki məhbusun əfv olunması barədə fərman imzalayıb. Bu barədə Trend İran televiziyasının rəsmi saytı iribnews-a istinadən məlumat verir.
İranın ali lideri əfv fərmanı imzalayıb

Azərbaycan, Bakı, 15 noyabr / Trend müxbir T.Cəfərov /

İranın ali lideri ayətullah Əli Xamneyi Qədir-Xum bayramı münasibətilə həbsdə olan 912 nəfər siyasi, hərbi və mülki məhbusun əfv olunması barədə fərman imzalayıb. Bu barədə Trend İran televiziyasının rəsmi saytı iribnews-a istinadən məlumat verir.

İranın Məhkəmə Sisteminin rəhbəri Sadiq Amoli Laricani Qədir-Xum bayramı münasibətilə ali liderə məktubla müraciət edib. Məktubda 912 məhbusun əfv edilməsi xahiş olunur. Ayətullah Xamneyi həmin məhbusların əfv olunması barədə fərman imzalayıb.

Noyabrın 15-də Qədir-Xum bayramı qeyd olunur.

Xəbər lenti

Xəbər lenti