...

Ukrayna Prezidenti Türkiyəyə səfər edəcək

Dünya xəbərləri Materials 21 Dekabr 2011 13:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 dekabr / Trend, müxbir A.Tağıyeva/

Ukrayna Prezidenti Viktor Yanukoviç cümə axşamı Türkiyəyə rəsmi səfər edəcək. Trend-in məlumatına görə, bu barədə Ukrinform agentliyi çərşənbə günü xəbər verib.

Bəzi Türkiyə KİV-ində səfər zamanı iki ölkə arasında viza rejiminin ləğvi haqqında məsələnin də müzakirə olunacağı barədə məlumatlar yer alıb.

Türkiyə Ukraynanın mühüm iqtisadi tərəfdaşıdır. Son illər iki ölkə arasında ticarət dövriyyəsi sürətlə artır və 2010-cu ilin yekunları üzrə 4,3 milyard dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti