Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir E.Tariverdiyeva/
İranın daxili işlər naziri, Narkotiklərlə mübarizə qərargahının rəhbəri Mustafa Məhəmməd Nəccar Rusiya tərəfinin dəvəti ilə yanvarın 22-də üçgünlük səfərlə Moskvaya gedəcək.
Səfərdə məqsəd illik danışıqların aparılmasıdır. Trend-in məlumatına görə, bu barədə İranın Moskvadakı səfirliyinin məlumatında deyilir.
Səfər zamanı Nəccar qarşılıqlı maraq doğuran məsələlərlə bağlı RF Narkotiklərin dövriyyəsinə nəzarət üzrə Federal Xidmətinin rəhbəri, Rusiyanın Narkotiklər Əleyhinə Komitəsinin rəhbəri Viktor İvanov, daxili işlər naziri Rəşid Nurqaliyev və başqa rəsmi şəxslərlə görüşlər keçirəcək.