...

"Erməni soyqırımı" haqqında qanunun Türkiyə üçün heç bir əhəmiyyəti yoxdur - Ərdoğan (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 24 Yanvar 2012 14:36 (UTC +04:00)
Qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti haqqında qanunun Türkiyə üçün heç bir əhəmiyyəti yoxdur.
"Erməni soyqırımı" haqqında qanunun Türkiyə üçün heç bir əhəmiyyəti yoxdur - Ərdoğan (ƏLAVƏ OLUNUB)

İkinci abzasdan sonra təfərrüatlar əlavə olunub (ilk xəbər 14:24-də yayılıb)

Azərbaycan, Bakı, 24 yanvar/Trend müxbir A. Tağıyeva/

Qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti haqqında qanunun Türkiyə üçün heç bir əhəmiyyəti yoxdur. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu çərşənbə axşamı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.

"Biz dünən sifarişli səsverməni izlədik. Bu qanunun mənası yoxdur", - Baş nazir bildirib.

Ərdoğanın sözlərinə görə, bu qanun Avropa demokratiyasının və söz azadlığının bütün prinsiplərinə ziddir.

Baş nazir qeyd edib ki, bu mərhələdə Türkiyə gözləmə mövqeyini tutur və hadisələrin inkişafını diqqətlə izləyir.

"Türkiyə gələcəkdə Fransaya qarşı yeni sanksiyalar tətbiq edəcək", - Ərdoğan vurğulayıb.

Dünən Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə 86 senator səs verib.

Fransa Senatının aşağı palatası keçən il dekabrın 22-də qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsini qəbul edib.

Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti