...

İranın ali lideri əfv fərmanı imzalayıb

Dünya xəbərləri Materials 9 Fevral 2012 13:04 (UTC +04:00)
İranın ali lideri ayətullah Əli Xamneyi İran İslam inqilabının qələbəsinin 33-cü ildönümü və İslam peyğəmbəri həzrət Məhəmmədin (s) mövlud günü münasibətilə həbsdə olan 761 nəfər siyasi, hərbi və mülki məhbusun əfv olunması barədə fərman imzalayıb.
İranın ali lideri əfv fərmanı imzalayıb

Azərbaycan, Bakı, 9 fevral / Trend müxbir T.Cəfərov /

İranın ali lideri ayətullah Əli Xamneyi İran İslam inqilabının qələbəsinin 33-cü ildönümü və İslam peyğəmbəri həzrət Məhəmmədin (s) mövlud günü münasibətilə həbsdə olan 761 nəfər siyasi, hərbi və mülki məhbusun əfv olunması barədə fərman imzalayıb. Trend-in məlumatına görə, bu barədə FARS agentliyi xəbər verir.

İranın Məhkəmə Sisteminin rəhbəri Sadiq Amoli Laricani İran İslam inqilabının qələbəsinin 33-cü ildönümü və İslam peyğəmbəri həzrət Məhəmmədin (s) mövlud günü münasibətilə ali liderə məktubla müraciət edib. Məktubda 761 məhbusun əfv edilməsi xahiş olunur.

Hər il İran İslam inqilabının ildönümü ilə əlaqədar bəhmən ayının 12-dən 22-dək "Fəcr ongünlüyü" bayramı keçirilir. Bu il "Fəcr ongünlüyü" 1-11 fevralda qeyd olunacaq. Fevral ayının 11-də İslam inqilabının şah rejimi üzərində qələbə qazanmasının 33-cü ildönümü münasibətilə İranın bütün şəhərlərində mitinqlər təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti