...

Liviya Suriya səfirini ölkədən çıxarıb

Dünya xəbərləri Materials 10 Fevral 2012 11:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 fevral / Trend, müxbir A.Tağıyeva /

Liviya hakimiyyəti Suriya xalqı ilə həmrəylik əlaməti olaraq Suriya səfirini və səfirliyin bütün diplomatik personalını ölkədən çıxarıb. Trend-in məlumatına görə, bu barədə cümə günü "Əl-Cəzirə" telekanalı məlumat verib.

Liviyanın Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, dünən Suriya səfiri XİN-ə çağırılıb və ona diplomatik missiyanın 72 saat ərzində Liviyanı tərk etməli olması barədə məlumat verilib. Tripolinin bu tələbi Suriyada arası kəsilməyən zorakılığa etirazdır.

Rusiya və Çin veto hüququndan istifadə edərək BMT TŞ-nin Suriya üzrə qətnaməsinin qəbuluna mane olublar. Bu artıq BMT TŞ-nin daimi üzvləri kimi RF və Çinin Suriya üzrə qətnamənin qəbuluna yol verməmələri ilə bağlı ikinci haldır.

Suriya 11 aydır ki, getdikcə zorakılıq xarakteri alan hökumət əleyhinə aksiyalar şəraitində yaşayır. Gündəlik olaraq həm dinc, həm də güc strukturları arasında ölüm halları haqqında məlumatlar daxil olur. BMT-nin məlumatına görə, həlak olanların sayı 5 min nəfəri ötüb. Suriya hakimiyyəti isə hər iki tərəfdən 2 mindən artıq insanın, o cümlədən 1,1 min nəfərdən çox güc strukturları əməkdaşlarının həlak olduğunu bəyan edir. Onlar bunun təqsirini xaricdən dəstək alan silahlılarda görürlər.

Xəbər lenti

Xəbər lenti