...

Türkiyədə sərnişin avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının adları açıqlanıb (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 18 Fevral 2012 12:15 (UTC +04:00)
Türkiyədə sərnişin avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının adları açıqlanıb (ƏLAVƏ OLUNUB)
Türkiyədə sərnişin avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının adları açıqlanıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 18 fevral / Trend müxbir A.Tağıyeva/

Türkiyənin Ərzincan şəhərində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan üç Azərbaycan vətəndaşının adı açıqlanıb. Bunlar Okmen Solmaz Müseyib qızı (1984-cü il təvəllüdlü), Bozbay Xədicə Əli qızı (1959) və Okmen Ayşə Şenol qızıdır (2008). Bu barədə şənbə günü Trend-ə Ərzincan şəhərindəki polis məntəqəsindən məlumat veriblər.

Onların hamısı artıq xəstəxanadan buraxılıb.

Trend-in Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, Türkiyədə İstanbul-Ağrı istiqamətində hərəkət edən 44 sərnişini olan avtobus Ərzincan vilayəti ərazisində başqa bir avtobusla toqquşub.

Qəza nəticəsində 21 sərnişin xəsarət alıb.

Sərnişinlərdən 3 nəfəri Azərbaycan vətəndaşıdır.

Ərzincanın müxtəlif xəstəxanalarına çatdırılan yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Neon Xəstəxanasından əvvəl Trend-ə bildiriblər ki, xəsarət alan azərbaycanlıların vəziyyəti normaldır.

Xəbər lenti

Xəbər lenti