...

İran prezidentinin birinci müavini infarkt keçirib

Dünya xəbərləri Materials 19 Fevral 2012 13:05 (UTC +04:00)
İran prezidentinin birinci müavini Məhəmmədrza Rəhimi infarkt keçirib
İran prezidentinin birinci müavini infarkt keçirib

Azərbaycan, Bakı, 19 fevral / Trend müxbir T. Cəfərov/

İran prezidentinin birinci müavini Məhəmmədrza Rəhimi infarkt keçirib. Trend-in məlumatına görə, Fars agentliyi xəbər verir ki, bunu İranın maliyyə və iqtisad naziri Şəmsəddin Hüseyni bildirib.

Hüseyni deyib ki, Rəhimi bazar günü Tehranda keçirilən subsidiyaların məqsədyönlü yayımlanması layihəsinin ikinci fazasının icrası ilə bağlı konfransda çıxış etməli idi, ürək çatışmazlığı keçirdiyinə görə həmin tədbirə qatıla bilməyib.

Məlumatda Rəhiminin hansı xəstəxanada yatırılması və vəziyyətinin necə olması barədə xəbər verilməyib.

Məhəmmədrza Rəhimi 2009-cu ildə prezident tərəfindən birinci müavinn vəzifəsinə təyin edilib. O, öncə prezidentin parlament məsələləri üzrə müavini və ölkənin Ali audit məhkəməsinin rəisi vəzifələrində çalışıb.

Xəbər lenti

Xəbər lenti