...

Xəzər dənizində tanker yanır

Dünya xəbərləri Materials 28 Fevral 2012 13:46 (UTC +04:00)
Çərşənbə axşamı Xəzər dənizində "İnjener Nazarov" tankerinin göyərtəsində yanğın baş verib.
Xəzər dənizində tanker yanır

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Çərşənbə axşamı Xəzər dənizində "İnjener Nazarov" tankerinin göyərtəsində yanğın baş verib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti agentliyinə Şimali Qafqaz Federal Dairəsinin güc strukturlarındakı mənbə telefonla məlumat verib.

"Maşinistin kayutunda yanğın barədə məlumat saat 13:10-da daxil olub. Tanker Mahaçqalaya gedir", - agentliyin müsahibi deyib.

Başqa təfərrüatlar dəqiqləşdirilir.

Xəbər lenti

Xəbər lenti