...

İki suriyalı general Türkiyəyə qaçıb

Dünya xəbərləri Materials 9 Mart 2012 13:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 mart /Trend müxbir A.Tağıyeva/

Ölkə hakimiyyətinin fəaliyyəti ilə razılaşmayan Suriya Ordusunun iki generalı və bir polkovniki sərhədi keçərək Türkiyə ərazisinə qaçıblar.

Türkiyə ərazisinə hərbiçilərlər yanaşı, iğtişaşlardan qorunmaq üçün 236 mülki şəxs də keçib. Bu barədə cümə günü Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Ötən həftə Türkiyəyə sərhədyanı rayonlardan təxminən 100 suriyalı qaçıb. Son iki həftədə onların sayı təxminən 600 nəfər təşkil edib.

Xəbər lenti

Xəbər lenti