...

Kərkük-Yumurtalıq neft kəmərində üç partlayış baş verib (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 5 Aprel 2012 13:21 (UTC +04:00)
Türkiyənin Şirnak şəhərində Kərkük-Yumurtalıq neft kəmərində baş verən yanğın söndürülüb. Bu barədə cümə axşamı Trend-ə BOTAŞ dövlət boru kəməri şirkətindən bildiriblər.
Kərkük-Yumurtalıq neft kəmərində üç partlayış baş verib (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər 12:26-da yayılıb)

Azərbaycan, Bakı, 5 aprel / Trend, müxbir A.Tağıyeva /

Türkiyənin Şirnak şəhərində Kərkük-Yumurtalıq neft kəmərində baş verən yanğın söndürülüb. Bu barədə cümə axşamı Trend-ə BOTAŞ dövlət boru kəməri şirkətindən bildiriblər.

Türkiyənin "Hürriyet" qəzetinin bir müddət əvvəl verdiyi məlumata əsasən, Şirnak vilayətində gecə İraqdan Türkiyəyə neft ixrac olunan Kərkük-Yumurtalıq neft kəmərində üç partlayış baş verib.

BOTAŞ-dan qeyd ediblər ki, ilkin məlumatlara əsasən, partlayışı terrorçu Kürd Fəhlə Partiyasının (PKK) silahlıları törədiblər.

"Partlayış nəticəsində neftin nəqli müvəqqəti dayandırılıb" , - şirkətdən deyilib. Bununla belə, şirkət neftin nəqlinin bərpa ediləcəyi vaxtı açıqlamayıb.

Xəbər lenti

Xəbər lenti