...

İranda zəlzələ baş verib

Dünya xəbərləri Materials 17 Aprel 2012 09:40 (UTC +04:00)
Bu gün səhər İranın Fars əyalətinin Fəthabad şəhəri yaxınlığında 4,2 bal gücündə zəlzələ baş verib.
İranda zəlzələ baş verib

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir T.Cəfərov/

Bu gün səhər İranın Fars əyalətinin Fəthabad şəhəri yaxınlığında 4,2 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend Iran televiziyasının rəsmi xəbər saytı "iribnews"-a istinadən məlumat verir.

Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla saat 07:07-də baş verdiyini bildirib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti