Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbirlər M.Moezi, E. Tariverdiyeva/
Daşqın İranın Gilan əyalətinə xeyli zərər vurub. Belə ki, daşqın su, qaz və elektrik enerjisinin verilişinə təsir edib. Bu barədə cümə axşamı Trend MEHR agentliyinə istinadən məlumat verir.
Xüsusən əyalətin kənd təsərrüfatına ciddi ziyan dəyib. Həmçinin 9 şəhər ciddi zərər görüb.
Əyalətin vitse-qubernatoru Məhəmməd Əkbərzadə çayın məcrasından qumun istifadə edilməsi təcrübəsini tənqid edib.
Çayların resurslarının nəzarətsiz istismarı çayların axın istiqamətini dəyişə bilər, habelə körpü və nasos stansiyalarının ziyan görməsinə gətirib çıxara bilər.