...

İranın İlam əyalətində yenidən daha iki zəlzələ baş verib

Dünya xəbərləri Materials 20 Aprel 2012 09:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 aprel / Trend müxbir T.Cəfərov/

Bu gün səhər İranın İlam əyalətinin Dehloran şəhəri yaxınlığında 5,1 və 4,1 bal gücündə iki zəlzələ baş verib. Bu barədə Trend İranın İRNA xəbər agentliyinə istinadən məlumat verir.

Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz birinci zəlzələnin yerli vaxtla saat 06:00-da və ikinci zəlzələnin 06:27-də baş verdiyini bildirib.

Ötən gün də İranın İlam əyalətinin Dehloran şəhəri yaxınlığında 4,9 və 4,4 bal gücündə iki zəlzələ baş vermişdi.

Zəlzələlər nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti