...

Türkiyədə daha yeddi hərbiçi həbs olunub

Dünya xəbərləri Materials 25 Aprel 2012 14:38 (UTC +04:00)
Çərşənbə günü Türkiyənin İstanbul, Ankara və İzmir şəhərlərində hərbiçilər arasında üçüncü həbs dalğası baş verib. Trend-in məlumatına görə, bu barədə "Sabah" qəzeti xəbər verib.
Türkiyədə daha yeddi hərbiçi həbs olunub

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir A.Tağıyeva /

Çərşənbə günü Türkiyənin İstanbul, Ankara və İzmir şəhərlərində hərbiçilər arasında üçüncü həbs dalğası baş verib. Trend-in məlumatına görə, bu barədə "Sabah" qəzeti xəbər verib.

Yeddi hərbi qulluqçu, o cümlədən istefada olan general Fevzi Türkeri həb olunub. Həbslər 1997-ci il 28 fevral hadisələri üzrə cinayət işinin araşdırılması ilə əlaqədardır. Həmin cinayət işinə görə, bir qrup hərbi qulluqçu "Türkiyə Respublikası hökumətinin devrilməsinə hazırlıqda və hökumətin öz funksiyalarının yerinə yetirməsinə qismən, yaxud tamamilə mane olmaqda" günahlandırılır.

Xəbər lenti

Xəbər lenti