...

İranda parlament seçkilərinin ikinci turuna hazırlıq başlayıb

Dünya xəbərləri Materials 26 Aprel 2012 10:46 (UTC +04:00)
Cümə axşamı, aprelin 26-da İranda parlament seçkilərinin ikinci turunun keçirilməsi ilə əlaqədar seçkiqabağı kampaniyaya start verilib.
İranda parlament seçkilərinin ikinci turuna hazırlıq başlayıb

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov /

Cümə axşamı, aprelin 26-da İranda parlament seçkilərinin ikinci turunun keçirilməsi ilə əlaqədar seçkiqabağı kampaniyaya start verilib. Trend-in məlumatına görə, bu barədə IRINN agentliyi xəbər verib.

Mayın 4-nə təyin edilmiş seçkilərdə ümumilikdə 33 dairədən 130 namizəd iştirak dəcək. Yerdə qalan səkkiz gün ərzində parlament kürsüsünə iddiaçılar mümkün qədər daha çox seçicini öz tərəflərinə çəkməyə çalışacaqlar. 130 namizəd arasında yalnız 65-i ölkə parlamentinə seçiləcək.

İranda parlament seçkilərinin ilk turu martın 2-də keçirilib. Tehran əyalətindən parlamentə 30 namizəddən 5-i keçib. İkinci turda 50-dən artıq namizəddən daha 25 deputat seçiləcək.

İran DİN-in məlumatına görə, parlament seçkilərinin birinci turunda seçki hüququna malik əhalinin 65 faizi iştirak edib.

Xəbər lenti

Xəbər lenti