...

BMT-nin humanitar yardımı Suriyaya daxil olmağa başlayıb - Türkiyənin XİN

Dünya xəbərləri Materials 29 Aprel 2012 22:42 (UTC +04:00)
BMT Suriyaya artıq 3000 konteyner humanitar yardım göndərib.
BMT-nin humanitar yardımı Suriyaya daxil olmağa başlayıb - Türkiyənin XİN

Türkiyə, Kilis, 29 aprel / Trend, müxbir R. Xafizoğlu/

BMT Suriyaya artıq 3000 konteyner humanitar yardım göndərib. Bunu bazar günü Kilis şəhərində Türkiyə XİN-in nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Türkiyədə suriya qaçqınların əvvəlki sayı 40 min idi, amma sonra onların bir qismi ölkəni tərk edib.

Lakin Kofi Annanın planını Suriya höküməti və müxalifəti tərəfindən qəbul edildikdən sonra artıq 50 min suriyalı qaçqın Türkiyənin sərhədini keçib.

O qeyd edib ki, qaçqınlarin çoxu ərəb müsəlmandırlar.

Onun sözlərinə görə, Türkiyə qaçqın düşərgələrində bütün lazımi şərait yaradır.

İnsan hüquq və azadlıqlarının müdafiəsi və humanitar yardımlar fondu ( İHH) da qaçqınların qəbulu və yerləşdirilməsində fəal iştirak edir.

Xəbər lenti

Xəbər lenti