...

İran Bağdadda "altılıq"la görüş ərəfəsində Çin və Rusiya ilə məsləhətləşmələr aparır

Dünya xəbərləri Materials 2 May 2012 13:25 (UTC +04:00)
İran Ali Milli Təhlükəsizlik Şurasının katibinin müavini Əli Bageri Rusiyaya yola düşüb.
İran Bağdadda "altılıq"la görüş ərəfəsində Çin və Rusiya ilə məsləhətləşmələr aparır

Azərbaycan, Bakı, 2 may /Trend, müxbirlər T. Cəfərov, E. Tariverdiyeva/

İran Ali Milli Təhlükəsizlik Şurasının katibinin müavini Əli Bageri Rusiyaya yola düşüb. O, Rusiyada xarici işlər nazirinin müavini Sergey Ryabkovla Bağdadda İranın nüvə problemi üzrə "5+1" qrupu ilə qarşıdakı danışıqları müzakirə edəcək. Bu barədə Trend çərşənbə günü MEHR agentliyinə istinadən məlumat verir.

Bageri bu məsələləri mayın 1-də Pekində Çinin rəsmi şəxsləri ilə də müzakirə edib.

Danışıqların növbəti raundunun mayın 23-də Bağdadda keçirilməsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti