Azərbaycan, Bakı, 7 may /Trend, müxbir T.Cəfərov/
İranın Kirman əyalətinin Qələ Gənc şəhəri yaxınlığında Rixter cədvəli üzrə 3,9 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.
Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz birinci zəlzələnin yerli vaxtla saat 04:59-da baş verdiyini bildirib.
Zəlzələlər nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.