...

Braziliyada işləyən iranlı diplomat əxlaqsız hərəkətlərinə görə işdən çıxarılıb

Dünya xəbərləri Materials 22 May 2012 10:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may / Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov /

İran diplomatı Hikmətulla Qorbani Braziliyada diplomatik xidmət göstərdiyi zaman azyaşlı qızlara qarşı əxlaqsız hərəkətlər törətməkdə günahlandırılaraq işdən qovulub. Trend-in məlumatına görə, bu barədə İran XİN-in çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Qızların valideynlərinin polisə müraciətindən sonra İran XİN təhqiqat üçün Qorbanini Tehrana geri çağırıb.

"İranın Braziliyadakı səfirliyinin əməkdaşlarının törətdikləri hərəkətlər araşdırıldıqdan sonra onun hərəkətlərinin həm inzibati normalara, həm də islam əxlaqına zidd olduğu etiraf edilib", - İran XİN-in məlumatında deyilir.

Xəbər lenti

Xəbər lenti