...

XİN: İran Bağdadda "altılıq" ölkələri ilə görüşə nikbin baxır

Dünya xəbərləri Materials 23 May 2012 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir T.Cəfərov/

İranın xarici işlər naziri Əli Əkbər Salehi İran və "altılıq" ölkələri (ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya və Almaniya) arasında Bağdadda keçirilən görüşün nəticələrinə nikbin baxır. Bu barədə Trend "Mehr" xəbər agentliyinə istinadən məlumat verir.

"Çıxışlar göstərir ki, qarşı tərəf də (Qərb ölkələri) bu görüşün nəticəsinə nikbindir. Biz həmişə bu görüşlərdə ciddi iştirak etdiyimizi elan etmişik, İstanbulda keçirilən iclasda da ciddi olduğumuzu göstərdik", - o deyib.

Salehi bildirib ki, bəzilərinin yürütdüyü təzyiq və təhdid siyasəti artıq öz səmərəliyini itirib.

Qeyd edək ki, İran və BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya və Almaniya arasında nüvə müzakirələri bundan əvvəl 2012-ci ilin aprel ayında İstanbulda keçirilib. Həmin görüşdə növbəti görüşün mayın 23-24-də Bağdadda keçirilməsi barədə razılıq əldə olunmuşdu. Artıq bu gün Bağdadda Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Ketrin Eşton və İran İslam Respublikasının ali liderinin nümayəndəsi və Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlilinin rəhbərliyi ilə müzakirələrə start verilib.

ABŞ və digər Qərb ölkələri İranı dinc nüvə proqramı adı altında hərbi məqsədlərlə nüvə silahının hazırlanmasında ittiham edirlər. Tehran nüvə proqramının yalnız dinc xarakter daşıdığını bəyan edərək bütün ittihamları rədd edir. Bu günə qədər BMT-nin Təhlükəsizlik Şurası tərəfindən İranın nüvə proqramını dayandırmaq üçün altı qətmanə qəbul olunub, onlardan dördü İrana qarşı iqtisadi və siyasi sanksiyaları nəzərdə tutur, iki qətnamə isə xəbərdarlıq xarakteri daşıyır.

Xəbər lenti

Xəbər lenti