...

Azərbaycanın BMT-də nümayəndəliyi xeyriyyə aksiyasında iştirak edib (FOTO)

Dünya xəbərləri Materials 24 May 2012 04:26 (UTC +04:00)
Nyu Yorkda Asiya və Sakit okean regionu dövlətlərinin Daimi nümayəndələrinin xanımlarının üzv olduğu qrupun təşkilatçılığı ilə "Qadınlar uşaqlar naminə" adlı xeyriyyə aksiyası keçirilib.
Azərbaycanın BMT-də nümayəndəliyi xeyriyyə aksiyasında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 24 may /Trend/

Nyu Yorkda Asiya və Sakit okean regionu dövlətlərinin Daimi nümayəndələrinin xanımlarının üzv olduğu qrupun təşkilatçılığı ilə "Qadınlar uşaqlar naminə" adlı xeyriyyə aksiyası keçirilib.

BMT-yə üzv dövlətlərin Daimi nümayəndələrinin, BMT Baş katibi Ban Ki-munun və BMT Baş Assambleyasının Prezidenti N.Əl Nasirin xanımlarının, eləcə də BMT-nin Uşaq Fondunun (YUNİCEF) əməkdaşlarının iştirak etdiyi aksiyanın məqsədi münaqişələr və təbii fəlakətlər nəticəsində yetim qalmış uşaqlara yardım göstərilməsindən ibarət olub. Aksiyada 30-dan çox ölkənin milli mətbəx nümunələri və milli geyimləri nümayiş etdirilib.

Xeyriyyə aksiyasında ölkəmiz də təmsil olunaraq müvafiq maliyyə töhfəsi edib. Bundan başqa, aksiya zamanı Telman Cəlilovun rəqs qrupu çıxış edib, dizayner Nadya Şərifinin hazırladığı Azərbaycan milli geyimləri nümayiş etdirilib. Azərbaycan milli geyimləri iştirakçıların böyük marağına səbəb olub.

Xeyriyyə aksiyası nəticəsində yığılmış maliyyə vəsaiti YUNİCEF-in hesabına keçirilib.

Xəbər lenti

Xəbər lenti