Azərbaycan, Bakı, 31 may /Trend/
Hakim Ermənistan Respublika Partiyasının nümayəndəsi, keçmiş spiker Ovik Abramyan cümə axşamı beşinci çağırış Milli Toplantının sədri seçilib. Trend-in məlumatına görə, bu barədə "Novosti-Armeniya" xəbər verir.
Səsvermədə 110 deputat iştirak edib. Abramyanın lehinə 102, əleyhinə isə dörd deputat səs verib. Dörd bülleten saxta hesab edilib.
Abramyan ona göstərdikləri etimada görə Ermənistan Prezidenti Serj Sarkisyana, ERP və bütün deputatlara minnətdarlığını bildirib.
Yeni spikerin namizədliyi ERP-nin icraiyyə orqanının iclasının gedişində irəli sürülüb.
"Əminəm ki, proqramımızın yerinə yetirilməsinə, parlamentarizm yolu ilə irəliləməyə, xalqın ümidini və gözləntilərini doğrultmağa imkan verən potensial var", - Abramyan deyib.
Abramyan 2008-ci il sentyabrın 29-dan Milli Toplantının sədri postunu tutub. 2011-ci il noyabrın 14-də o istefa barədə ərizəsini rəsmən təqdim edərək 6 may parlament seçkiləri ərəfəsində ERP seçkiqabağı qərargahına rəhbərlik edib.