...

PKK yaraqlıları ilə toqquşmada bir türk hərbiçi şəhid olub

Dünya xəbərləri Materials 25 İyun 2012 12:08 (UTC +04:00)
Hakkari vilayətində terrorçu Kürd Fəhlə Partiyasının (PKK) yaraqlıları ilə türk hərbiçilər arasında baş vermiş toqquşma zamanı bir hərbiçi həlak olub, daha üç nəfər isə yaralanıb.
PKK yaraqlıları ilə toqquşmada bir türk hərbiçi şəhid olub

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir A.Tağıyeva/

Hakkari vilayətində terrorçu Kürd Fəhlə Partiyasının (PKK) yaraqlıları ilə türk hərbiçilər arasında baş vermiş toqquşma zamanı bir hərbiçi həlak olub, daha üç nəfər isə yaralanıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti xəbər verir.

Türkiyə ilə müstəqil kürd dövlətinin yaradılmasını tələb edən PKK arasında münaqişə 25 ildən çoxdur davam edir. PKK BMT və Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.

Xəbər lenti

Xəbər lenti