...

İranın Gilan əyalətində güclü leysan bir neçə körpünü dağıdıb

Dünya xəbərləri Materials 16 İyul 2012 11:28 (UTC +04:00)
İranın Gilan əyalətinin Ləngərud şəhərində ötən gün başlayan güclü leysan yağışlar nəticəsində bir neçə körpü dağılıb və 4-5 kəndin şəhərlə əlaqəsi kəsilib.
İranın Gilan əyalətində güclü leysan bir neçə körpünü dağıdıb

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir T.Cəfərov/

İranın Gilan əyalətinin Ləngərud şəhərində ötən gün başlayan güclü leysan yağışlar nəticəsində bir neçə körpü dağılıb və 4-5 kəndin şəhərlə əlaqəsi kəsilib. Trend-in məlumatına görə, bu barədə FARS agentliyi xəbər verir.

Məlumata əsasən, sel nəticəsində Ləngərud ətrafındakı kəndlərdə içməli su təchizatı sıradan çıxıb, yaşayış evlərinə, ticarət obyektlərinə külli miqdarda ziyan dəyib.

Hadisə yerində xilasetmə əməliyyatları aprarılır. Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti