...

Dəməşq sərhədyanı aeroportlarda kimyəvi silah yerləşdirib – müxalifət

Dünya xəbərləri Materials 24 İyul 2012 11:48 (UTC +04:00)
"Azad Suriya Ordusu" bəyan edir ki, Suriya hakimiyyəti sərhədyanı aeroportlarda kimyəvi silah yerləşdirib. Trend-in məlumatına görə, bu barədə Əl-Cəzirə telekanalı xəbər yayıb.
Dəməşq sərhədyanı aeroportlarda kimyəvi silah yerləşdirib – müxalifət

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir A.Tağıyeva/

"Azad Suriya Ordusu" bəyan edir ki, Suriya hakimiyyəti sərhədyanı aeroportlarda kimyəvi silah yerləşdirib. Trend-in məlumatına görə, bu barədə Əl-Cəzirə telekanalı xəbər yayıb.

Dünən Suriya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Cihad əl-Məqdissi bəyan edib ki, Suriya xarici müdaxilənin baş verəcəyi təqdirdə kimyəvi silah tətbiq edə bilər.

BMT-nin məlumatına görə, Suriyada münaqişə qurbanlarının ümumi sayı 17 min nəfərdir. 230 minə yaxın insan qaçqına çevrilib, bir milyona yaxın insanın humanitar yardıma ehtiyacı var. Suriya hakimiyyəti bəyan edir ki, onlar yaxşı silahlanmış yaraqlılarla mübarizə aparırlar.

Xəbər lenti

Xəbər lenti