...

Suriyada iranlı diplomat öldürülüb

Dünya xəbərləri Materials 1 Avqust 2012 09:52 (UTC +04:00)
Suriya müxalifəti dünən ölkənin paytaxtı Dəməşqdə iranlı diplomatın öldürülməsi barədə xəbər veriblər.
Suriyada iranlı diplomat öldürülüb

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir A.Tağıyeva/

Suriya müxalifəti dünən ölkənin paytaxtı Dəməşqdə iranlı diplomatın öldürülməsi barədə xəbər veriblər. Trend-in məlumatına görə, bu barədə "Əl-Ərəbiyyə" telekanalı xəbər yayıb.

Öldürülən diplomatın adı açıqlanmır.

Məlumata görə, o, Azad Suriya Ordusu ilə hökumət qoşunları arasında atışma zamanı həlak olub.

Müxalifət, həmçinin bəyan edib ki, Azad Suriya Ordusu Hələb şəhər polisinin mənzil-qərargahını ələ keçirməyə nail olub.

BMT-nin məlumatına görə, Suriyada münaqişə qurbanlarının ümumi sayı 17 min nəfərdir. 230 minə yaxın insan qaçqına çevrilib, bir milyona yaxın insanın humanitar yardıma ehtiyacı var. Suriya hakimiyyəti bəyan edir ki, onlar yaxşı silahlanmış yaraqlılarla mübarizə aparırlar.

Xəbər lenti

Xəbər lenti