...

İran Hərbi Dəniz Qüvvələri Xəzər dənizində minaların qoyulması üzrə təlimlər keçir

Dünya xəbərləri Materials 18 Sentyabr 2012 13:38 (UTC +04:00)
İran Hərbi Dəniz Qüvvələri bu gün Xəzər dənizində minaların qoyulması üzrə təlimlər keçir.
İran Hərbi Dəniz Qüvvələri Xəzər dənizində minaların qoyulması üzrə təlimlər keçir

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbirlər T. Cəfərov, E.Tariverdiyeva/

İran Hərbi Dəniz Qüvvələri bu gün Xəzər dənizində minaların qoyulması üzrə təlimlər keçir. Bu barədə Trend çərşənbə axşamı Mehr agentliyinə istinadən məlumat verir.

Təlimlər Nouşəhr liman şəhərinin akvatoriyasında keçirilir. Təlimləri İranın ali dini lideri Seyid Əli Xamneyi izləyib.

Təlimlərdə digər tapşırıq ölkənin dəniz sərhədlərinin müdafiəsi üzrə fəaliyyətin işlənib hazırlanması və havadan zərbə ilə düşmənin üzən vasitələrinin məhv edilməsidir.

Bugünkü təlimlər Fars körfəzində minalardan təmizləmə üzrə beynəlxalq təlimlərdən sonra keçirilir. Beynəlxalq təlimlərdə ABŞ daxil olmaqla, 30 ölkə iştirak edib.

Xəbər lenti

Xəbər lenti