...

İnterpol Gürcüstan həbsxanalarında zorakılıq barədə qalmaqallı videonun müəllifini axtarışa verib

Dünya xəbərləri Materials 27 Sentyabr 2012 13:54 (UTC +04:00)
İnterpol Gürcüstanda 8 saylı qadın həbsxanasında məhkumlara işgəncə verilməsi haqqında qalmaqallı videonun müəllifi - keçmiş növbətçi zabit Vladimir Bedukadzeni beynəlxalq axtarışa verib.
İnterpol Gürcüstan həbsxanalarında zorakılıq barədə qalmaqallı videonun müəllifini axtarışa verib

Gürcüstan, Tbilisi, 27 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

İnterpol Gürcüstanda 8 saylı qadın həbsxanasında məhkumlara işgəncə verilməsi haqqında qalmaqallı videonun müəllifi - keçmiş növbətçi zabit Vladimir Bedukadzeni beynəlxalq axtarışa verib.

Trend-in məlumatına görə, İnterpolun internet səhifəsində Bedukadze və onun şəxsi məlumatları yerləşdirilib. O, məhkumların həyat və sağlamlığına qəsd etmək ittihamı ilə "qırmızı sirkulyar" adlı iş üzrə axtarılır.

Bu arada Brüsseldə olan Bedukadze artıq bir neçə dəfə mətbuat konfransı keçirib, habelə siyasi sığınacaq verilməsi xahişi ilə Belçika hökumətinə müraciət edib.

Gürcüstan prokurorluğu iddia edir ki, qalmaqallı kadrların aşkarlanmasına görə Bedukadze 2 milyon dollar alıb. Bedukadze isə bu faktı inkar edir.

Bütün Gürcüstanda müxalifət televiziya kanallarında göstərilən məhkumlar üzərində zorakılıq kardları ilə bağlı bir neçə gün aksiyalar keçirilib.

Xəbər lenti

Xəbər lenti