...

İran və Türkiyə arasında iqtisadi ve enerji sahəsində bir neçə sənəd imzalanacaq

Dünya xəbərləri Materials 2 Oktyabr 2012 10:08 (UTC +04:00)
İran Prezidentinin birinci müavini Məhəmmədrza Rəhimi oktyabrın 4-5-də Türkiyəyə səfər edəcək.
İran və Türkiyə arasında iqtisadi ve enerji sahəsində bir neçə sənəd imzalanacaq

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir T.Cəfərov/

İran Prezidentinin birinci müavini Məhəmmədrza Rəhimi oktyabrın 4-5-də Türkiyəyə səfər edəcək. Bunu İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi jurnalistlərə deyib. Trend-in məlumatına görə, bu barədə FARS agentliyi xəbər verir.

Əraqçi deyib ki, Rəhimi Türkiyəyə Baş nazir Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə səfər edəcək. İki günlük səfər zamanı iki ölkə arasında iqtisadi və enerji sahəsində bir neçə sənəd imzalanacaq.

Bundan öncə Türkiyənin enerji və təbii resurslar naziri Taner Yıldız Türkiyə və İran arasında enerji sahəsində yeni sazişlər imzalanacağını açıqlamışdı.

Türkiyə İrandan hər il səkkiz milyon ton neft və səkkiz milyard kubmetr qaz idxal edir.

Xəbər lenti

Xəbər lenti