...

Rusiya hərbi bazalarının Tacikistanda qalma müddəti 2042-ci ilədək uzadılıb

Dünya xəbərləri Materials 5 Oktyabr 2012 17:34 (UTC +04:00)
Moskva və Düşənbə Rusiya hərbi bazalarının Tacikistanda qalması müddətini 2042-ci ilədək uzatmaq barədə razılığa gəliblər.
Rusiya hərbi bazalarının Tacikistanda qalma müddəti 2042-ci ilədək uzadılıb

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

Moskva və Düşənbə Rusiya hərbi bazalarının Tacikistanda qalması müddətini 2042-ci ilədək uzatmaq barədə razılığa gəliblər. Müvafiq sənəd cümə günü iki ölkə prezidenti arasında danışıqların yekunu üzrə imzalanıb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti agentliyi xəbər verir.

RF prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib ki, bazaların saxlanması müddətinin uzadılması şərtləri "praktiki olaraq pulsuz"dur.

"Bu saziş icarə haqqının kifayət qədər əlverişli şərtlərini nəzərdə tutur: bizim hərbi obyektlərimizin dislokasiya yerlərindən istifadəyə görə praktiki olaraq icarə haqqı alınmır. Orada hansısa məbləğ var. Amma praktiki olaraq biz bu bazaları havayı alırıq", - o qeyd edib.

Saziş müddəti 2014-cü ildə başa çatan hazırkı müqavilənin əvəzində hazırlanıb.

"Bundan əvvəlki sənəd 1993-cü il mayın 25-də imzalanıb. Yeni saziş 30 il sonradan beş il müddətinə uzadılması mümkünlüyü ilə 2042-ci ilədək qüvvədə olacaq", - dövlət başçısının köməkçisi bildirib.

Tacikistanda Rusiya hərbi bazası RF-nin hüdudlarından kənarda iri quru qoşunları bazasıdır. Orada 7 minə yaxın hərbi qulluqçu xidmət göstərir. Baza Mərkəzi Asiya regionunda təhlükəsizliyin təminatının ümumi sitemində əsas elementdir. RHB 2004-cü ildə Tacikistanda mənzillənmiş 201-ci motoatıcı diviziyanın bazasında yaradılıb. Baza Düşənbə, Kurqan-Türbə və Kulyabə şəhərlərində üç qarnizonda dislokasiya olunur. 201-ci RHB-nin Tacikistanda qalması üzrə danışıqlar 2008-ci ildən aparılır.

Xəbər lenti

Xəbər lenti