...

Barak Obama seçkilərdə 290 səs toplayıb (ƏLAVƏ OLUNUB-2)

Dünya xəbərləri Materials 7 Noyabr 2012 09:40 (UTC +04:00)
ABŞ-ın hazırkı Prezidenti Barak Obama seçici səslərinin sayına görə Mitt Romnini xeyli qabaqlayır. Trend-in məlumatına görə, bu barədə RİA Novosti xəbər verir.
Barak Obama seçkilərdə 290 səs toplayıb (ƏLAVƏ OLUNUB-2)

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

ABŞ-ın hazırkı Prezidenti Barak Obama seçici səslərinin sayına görə Mitt Romnini xeyli qabaqlayır. Trend-in məlumatına görə, bu barədə RİA Novosti xəbər verir.

Hal-hazırda Obama 290, Romni isə 201 səs toplayıb. Seçkilərdə qələbə qazanmaq üçün namizəd 270 səs toplamalıdır.

6 noyabr tarixində ABŞ-da 57-ci prezident seçkiləri başlayıb. Səsvermədən sonra Seçicilər Kollegiyası ölkənin yeni prezident və vitse-prezidentinin adlarını açıqlayacaq. Seçilmiş dövlət başçısı 20 yanvar 2013-cü ildə and içəcək.

Fəaliyyətdə olan prezident Barak Obama ikinci müddətə Demokratlar Partiyasından namizəd kimi irəli sürülüb. Massaçusets ştatının keçmiş qubernatoru Mitt Romni isə Respublikaçılar Partiyasının namizədidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti