...

İran hərbi məqsədlərlə istifadə edilməsi üçün görünməz mürəkkəb ixtira edib

Dünya xəbərləri Materials 12 Dekabr 2012 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İran hərbi məqsədlər üçün və təhlükəsizliyin təmin edilməsi sahəsində istifadə edilə biləcək görünməz mürəkkəbin yeni hazırlanma texnologiyasını təqdim edib. Bu barədə Trend çərşənbə günü ISNA agentliyinə istinadən məlumat verir.

İranda keçirilən 18-ci "Elecomp" elektronika sərgisində bu ölkənin kartric istehsalı üzrə "System Sakht" şirkətinin rəhbəri Əlirza Kəmkar yeni ixtira barəsində danışıb.

Onun sözlərinə görə, yeni ixtira İranın Şərif Universiteti tərəfindən bəyənilib və patent əldə edib.

Təfərrüatları açıqlamayan Kəmkar vurğulayıb ki, bu mürəkkəblərin tətbiq edilməsi ilə mətn və təsvirin möhürü açıla bilinəcək. O deyib ki, şirkət hazırda müştərilər axtarır və gəcəkdə bu kartriclərin kütləvi istehsalı üçün potensial var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti