Azərbaycan, Bakı, 15 dekabr /Trend/
Azərbaycandakı Qəbələ radiolokasiya stansiyasının (RLS) Rusiya tərəfindən icarəsinin dayandırılması RF-nin təhlükəsiziliyinə təsir etməyəcək. Trend-in məlumatına görə, bunu şənbə günü Rusiyanın müdafiə nazirinin müavini, general-polkovnik Oleq Ostapenko RİA Novosti-yə bildirib.
"Bu, bizim ölkəmiz üçün kritik deyil. Armavirdəki (Krasnodar diyarı) stansiyası artıq təcrübəli döyüş növbəsində durur, o artıq Qəbələ RLS-in nəzarət etdiyi zonanın mühafizəsi tapşırıqlarını həll edir", - o deyib.
Nazir müavini onu da bildirib ki, raket hücumu haqqında xəbərdarlıq tapşırığı hazırda tam həcmdə yerinə yetirilir.