...

Zakir Həşimov: Qazaxıstanın latın qrafikasına keçməsi türkdilli xalqların daha sıx qarşılıqlı anlaşmasına kömək edir

Dünya xəbərləri Materials 27 Dekabr 2012 11:05 (UTC +04:00)
Qazaxıstanın latın qrafikasına keçməsi türkdilli xalqların daha sıx qarşılıqlı anlaşmasına kömək edəcək.
Zakir Həşimov: Qazaxıstanın latın qrafikasına keçməsi türkdilli xalqların daha sıx qarşılıqlı anlaşmasına kömək edir

Qazaxıstan, Astana, 27 dekabr /Trend, müxbir D.Muxtarov/

Qazaxıstanın latın qrafikasına keçməsi türkdilli xalqların daha sıx qarşılıqlı anlaşmasına kömək edəcək. Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov belə hesab edir.

"Qazaxıstanın latın qrafikasına keçməsi türkdilli xalqların daha sıx qarşılıqlı anlaşmasına kömək edəcək və bizim bütün ölkələrimiz arasında əlaqələrin inkişafına yeni təkan verəcək", - Həşimov cümə axşamı Trend-ə bildirib.

Bir müddər əvvəl ölkə Prezidenti Nursultan Nazarbayev Qazaxıstanın müstəqilliyinin 21-ci ildönümünə həsr edilmiş təntənəli yığıncaqda çıxışı zamanı ölkənin Kiril əlifbasından latın qrafikalı əlifbaya keçmək niyyətində olduğunu bildirib.

"Azərbaycan Kiril əlifbasından latın qrafikalı əlifbaya keçən ilk MDB ölkələrindən biridir. Təbii ki, hansısa dövrdə çətinliklər oldu. Hazırda isə ölkənin bütün vətəndaşları latın qrafikasında sərbəst yazır və oxuyur", - diplomat bildirib.

O, Qazaxıstanın Kiril əlifbasından latın qrafikalı əlifbaya keçid mərhələsinin çətinliklərinin öhdəsindən daha tez gələcəyinə ümidini ifadə edib.

"Əminəm ki, Qazaxıstanda bu mərhələ daha sürətlə həyata keçiriləcək. Azərbaycan bu sahədəki təcrübəsini Qazaxıstanla bölüşməyə hazırdır", - Həşimov bildirib.

Səfir, həmçinin qeyd edib ki, Azərbaycanda da, Qazaxıstanda da üçdillilik prinsipi saxlanılır: dövlət dili Azərbaycan dili, rus dili millətlərarası ünsiyyət dili və ingilis dili dünya birliyinə körpü və yeni tenologiyalara çıxış dilidir.

"Mən Qazaxıstanda yaşayan azərbaycanlıların qazax dilində danışdıqlarını eşidəndə çox sevinir və qürur duyuram. Bu, onların doğulduqları və yaşadıqları vətənlərini sevdiklərinə və hörmət etdiklərinə sübutdur", - Həşimov deyib.

Onun sözlərinə görə, hazırda Qazaxıstanda 130 min etnik azərbaycanlı yaşayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti