...

Ermənistan prezidentliyinə növbəti namizəd gələcək mübarizədən imtina edib

Dünya xəbərləri Materials 10 Yanvar 2013 12:13 (UTC +04:00)
"Ermənistan-Rusiya İctimai Birliyi"nin lideri Robert Aqaronyan cümə axşamı Ermənistan prezidenti postu uğrunda mübarizədən imtina etmək niyyətini açıqlayıb.
Ermənistan prezidentliyinə növbəti namizəd gələcək mübarizədən imtina edib

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

"Ermənistan-Rusiya İctimai Birliyi"nin lideri Robert Aqaronyan cümə axşamı Ermənistan prezidenti postu uğrunda mübarizədən imtina etmək niyyətini açıqlayıb. Trend-in məlumatına görə, bu barədə "Novosti-Armeniya" yazır.

Aqaronyan prezidentliyə namizəd kimi qeydiyyatdan keçmək üçün sənədlərini MSK-ya təqdim etsə də, 8 milyon dram (təxminən 20 min dollar) seçki girovunu ödəməyib. Çərşənbə axşamı Mərkəzi Seçki Komissiyası Aqaronyana və yeddi digər potensial namizədə girovun ödənilməsi üçün 48 saat vaxt verib.
Lakin cümə axşamı Aqaronyan sonrakı mübarizədən imtina etdiyini bəyan edərək bunu maliyyə problemləri ilə izah edib.

Dünən prezident seçkilərində iştirakdan daha iki nəfər imtina edib. Bunlar Ermənistan Döyüş Karatesi Federasiyasının prezidenti Taron Abramyan və Çiçəklənən Ermənistan Partiyasının üzvü, vəkil Ruben Ayvazyandır.

Ermənistanda prezident seçkiləri fevralın 18-də keçiriləcək. Bundan əvvəl on beş nəfər namizəd kimi qeydiyyatdan keçmək üçün MSK-ya müraciət edib. Namizədlərin qeydiyyatı prosesi yanvarın 14-dək davam edəcək. Seçkiqabağı kampaniya yanvarın 21-də başlayacaq və fevralın 16-da saat 00:00-da başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti