...

Gürcüstanda 190 siyasi məhbus azad olunub

Dünya xəbərləri Materials 13 Yanvar 2013 17:28 (UTC +04:00)
Gürcüstan parlamenti tərəfindən siyasi məhbus kimi qəbul edilmiş 190 nəfər bazar günü həbsxanalardan buraxılıblar.
Gürcüstanda 190 siyasi məhbus azad olunub

Gürcüstan, Tiflis, 13 yanvar /Trend, müxbir N.Kirtsxalia/

Gürcüstan parlamenti tərəfindən siyasi məhbus kimi qəbul edilmiş 190 nəfər bazar günü həbsxanalardan buraxılıblar.

Amnistiya haqqında qanun yanvarın 13-də güvvəyə minib. Gürcüstan prezidenti qanun imzalamaqdan imtina edəndən sonra qanun parlamentin spikeri David Usupaşvili tərəfindən imzalanıb.

Azad olunmuş şəxslər arasında 7 noyabr 2007-ci ildə, 26 may 2011-ci ildə saxlanılmışlar var, həmçinin cəsusluqda ittiham olunan Gürcüstan vətəndaşların və bir Rusiya vətandaşı da var.

Amnistiyaya görə, iki ay ərzində daha 3.500 məhkum azad olunacaq. Onların cinayət işləri artıq məhkəmlərə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti