...

İran doqquz ay ərzində yarım ton nərə balığı kürüsü ixrac edib

Dünya xəbərləri Materials 18 Yanvar 2013 13:37 (UTC +04:00)
İran cari təqvim ilinin (İranda il martın 20-də dəyişir) ilk 9 ayı ərzində təqribən 500 kiloqram nərə balığı kürüsü ixrac edib.
İran doqquz ay ərzində yarım ton nərə balığı kürüsü ixrac edib

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbirlər F.Mehdi, E.Tariverdiyeva/

İran cari təqvim ilinin (İranda il martın 20-də dəyişir) ilk 9 ayı ərzində təqribən 500 kiloqram nərə balığı kürüsü ixrac edib. Trend-in məlumatına görə, bu barədə cümə günü ISNA İranın Balıqçılıq Təşkilatının rəsmi nümayəndəsi İssa Qolşahiyə istinadən məlumat verir.

Qolşahi bildirib ki, İran nərə balığı kürüsünü əsasən Avropa, ABŞ, Yaponiya və BƏƏ-yə ixrac edir.

Onun sözlərinə görə, mütəxəssislərin proqnozlarına əsasən, kürünün ixracatı cari ilin sonunadək bir tona çatacaq və gələn il iki tonadək artırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti