...

Tacikistanın aviaşirkəti İslamabad, Bakı, Dehli və Dubaya reyslərdən imtina edib

Dünya xəbərləri Materials 21 Yanvar 2013 15:32 (UTC +04:00)
"Tacik Eyr" aviaşirkəti maliyyə vəziyyətini düzəltmək üçün 4 qeyri-rentabelli reysdən imtina edib.
Tacikistanın aviaşirkəti İslamabad, Bakı, Dehli və Dubaya reyslərdən imtina edib

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

"Tacik Eyr" aviaşirkəti maliyyə vəziyyətini düzəltmək üçün 4 qeyri-rentabelli reysdən imtina edib. Bu barədə bazar ertəsi Trend "Asia Plus" informasiya agentliyinə istinadən məlumat verir.

Aviaşirkət 2012-ci ilin sonunda Düşənbədən İslamabad, Bakı, Dehli və Dubay istiqamətlərində uçuşları tam dayandırıb.

"Tacik Eyr" ASC-nin baş direktoru Firuz Hamroyev bu gün mətbuat konfransında qeyd edib ki, şirkətin maliyyə göstəricilərini sabit və gəlirli adlandırmaq olmaz, ziyanla işləyən reyslər isə vəziyyəti daha da çətinləşdirirdi.

Hamroyev vurğulayıb ki, mövcud vəziyyət təyyarələrin çoxunun texniki təmirdə olması və bu prosesin uzanması ilə əlaqədar yaranıb.

Onun sözlərinə görə, "Tacik Eyr"in parkında 36 təyyarə var ki, bunlardan yalnız 12-si istismardadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti