Azərbaycan, Bakı, 16 mart /Trend/
Şənbə günü İordaniyanın cənub-qərbində avtobusun yük avtomobili ilıə toqquşması nəticəsində ən azı 14 nəfər həlak olub, 32 nəfər yaralanıb. Trend-in məlumatına görə, bu barədə "Frans Press" agentliyi regional qəza xidmətinə istinadən xəbər yayıb.
Məlumatda deyilir ki, içərisində fələstinli zəvvarların olduğu avtobus toqquşduqdan sonra aşıb.
"On dörd zəvvar həlak olub, 32-si yaralanıb. Qəzanın qurbanlarının sayının artacağı gözlənilir, çünki yaralıların bir neçəsinin vəziyyəti ağırdır", - mülki müdafiə nümayəndəsi qeyd edib.
Avtobusdakı sərnişinlərin dəqiq sayı barədə məlumat verilmir.