...

Türkiyədə əcnəbi mülk sahibləri bir il ərzində bu ölkədə yaşamaq hüququna malik olacaq

Dünya xəbərləri Materials 12 Aprel 2013 12:06 (UTC +04:00)
Türkiyədə mülk əldə edən xarici vətəndaşlar bir il ərzində bu ölkədə yaşamaq hüququna malik olacaqlar.
Türkiyədə əcnəbi mülk sahibləri bir il ərzində bu ölkədə yaşamaq hüququna malik olacaq

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir A.Tağıyeva/

Türkiyədə daşınmaz əmlak alan xarici vətəndaşlar bir il ərzində bu ölkədə yaşamaq hüququna malik olacaqlar. Trend-in məlumatına görə, bu barədə cümə günü Türkiyənin "Rəsmi qəzeti"nin internet saytında xəbər yerləşdirilib.

Bu barədə müvafiq qanun layihəsi ötən gün Türkiyə parlamenti tərəfindən təsdiqlənib. Daha əvvəl Türkiyədə mülk əldə edən xarici vətəndaşlar üç ay ərzində bu ölkədə yaşamaq hüququ ala bilərdi.

Bu qanunun tədbiqi ilə Türkiyə höküməti daşınmaz əmlak satışının həcmini artıraraq il ərzində onun 10 milyard ABŞ dollarına çatdırılmasını planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti